Zəlzələ Naxçıvanda da hiss olundu
Heydərabad stansiyasından 14 km şimal-şərqdə, Ermənistan ərazisində zəlzələ olub.
Bu barədə ERAmedia-ya AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
Zəlzələ yerli vaxtla 09:57-də qeydə alınıb.
3 km dərinlikdə baş vermiş 3.2 maqnitudalı yeraltı təkan 3 bal gücündə Sədərək rayonunun Heydərabad qəsəbəsində hiss edilib.










