media-55d517da-6b08-424d-9a60-74a5c5286689
  • DADLI TAM İLƏ

Tərkibi :

Alma – 1.5 kq
Su – 200 ml
Şirəsi – 1 limon
Şəkər – 1 kq
Zəncəfil – 100 q

Hazırlanması:

Almaları soyun, özəyini çıxarın və kiçik kublara doğrayın. Zəncəfili soyun və xırda doğrayın. Bir qazanda 200 ml suyu limon suyu ilə qızdırın, şəkər əlavə edin, qaynadın və 5 dəqiqə vam odda bişirin. Hazırlanmış alma və zəncəfili şərbətə qoyun, qarışdırın, odu azaldın və 45 dəqiqə vam odda qarışdıraraq vam odda bişirin. Mürəbbə qatı olmalıdır. Mürəbbəni sterilizasiya olunmuş qablara tökün.

Tamilla Manaf


media-adspc

Bənzər xəbərlər