media-zengezur_dehlizi-1-poltoloq_polad_mehdiyev0543

Azərbaycan postmünaqişə dövrünün reallıqlarını və formalaşan regional təhlükəsizlik arxitekturasını qlobal güc mərkəzlərinin və beynəlxalq platformaların gündəliyinə inteqrasiya etmək strategiyasını davam etdirir.

ERAmedia-nın məlumatına görə, siyasi təhlilçi Aqşin Kərimov bildirib ki, bu siyasətin mərkəzində sülh, təhlükəsizlik və əməkdaşlıq dayanır.

Aqşin Kərimovun sözlərinə görə, Prezident İlham Əliyevin müharibədən sonra ortaya qoyduğu doktrinal konsepsiyaya uyğun həyata keçirilən siyasət hazırda daha geniş müstəvidə özünü göstərir. O qeyd edib ki, bu strategiya Azərbaycanın beynəlxalq nüfuzunu möhkəmləndirən bir sıra mühüm istiqamətləri özündə birləşdirir.

Siyasi təhlilçi hesab edir ki, Azərbaycanın beynəlxalq nüfuzunda ölkənin siyasi və diplomatik çəkisini müəyyənləşdirən dəyərlər və imkanlar daha çox diqqət mərkəzinə gəlir. Onun fikrincə, Azərbaycan həm regionda, həm də qlobal miqyasda mühüm siyasi, iqtisadi və diplomatik platforma kimi rolunu gücləndirir.

Aqşin Kərimovun fikrincə, Azərbaycan eyni zamanda müttəfiq və tərəfdaşlarının dairəsini genişləndirərək regional təhlükəsizlik prioritetlərinin müəyyənləşdirilməsində daha fəal mövqeyə çıxır. O vurğulayıb ki, yeni nəqliyyat və enerji xəritəsinin formalaşdırılması da bu strategiyanın mühüm elementlərindən biridir və perspektivdə Zəngəzur dəhlizinin parametrləri ilə əlaqələndirilir.

Aqşin Kərimov bildirib ki, Türk Dövlətləri Təşkilatının (TDT) artan iqtisadi potensialı onun geosiyasi əhəmiyyətinin də yüksəlməsinə şərait yaradır. Onun sözlərinə görə, bu prosesdə Azərbaycanın mövqeyi xüsusilə diqqət çəkir və Zəngəzur dəhlizi məsələsi həmin kontekstdə mühüm əhəmiyyət daşıyır.

Siyasi təhlilçi bunu üç əsas istiqamətdə izah edib. Birinci istiqamət Azərbaycanın TDT çərçivəsindəki maraqları ilə Zəngəzur dəhlizinin perspektivlərini əlaqələndirməsidir. Onun fikrincə, bu yanaşma Avrasiya üzrə nəqliyyat xəritəsinin yenilənməsi baxımından əhəmiyyət daşıyır və nəticə etibarilə Azərbaycanın regional təhlükəsizlik çərçivələrindəki mövqeyinin nəzərə alınmasını şərtləndirir.

İkinci istiqamət TDT-nin coğrafi bütövlüyünün iqtisadi-siyasi platforma və regional təhlükəsizliyin göstəricisi kimi gücləndirilməsi ilə bağlıdır. Aqşin Kərimovun sözlərinə görə, bu baxımdan Zəngəzur dəhlizinin vahid geosiyasi məkan formalaşdırmaq potensialı xüsusi əhəmiyyət kəsb edir.

Üçüncü istiqamət isə TDT ilə Zəngəzur dəhlizinin qarşılıqlı əlaqəsinin Mərkəzi Asiya resurslarının Avropa bazarlarına çıxış imkanlarını genişləndirməsidir. Siyasi təhlilçi hesab edir ki, bu proses Azərbaycanın tranzit imkanlarının və regional nəqliyyat-logistika əhəmiyyətinin artmasına gətirib çıxara bilər.

Aqşin Kərimov qeyd edib ki, bütün bu amillərin məcmusu Azərbaycanın yalnız regional deyil, daha geniş Avrasiya geosiyasi və iqtisadi proseslərində iştirakını gücləndirən faktorlar kimi çıxış edir.

Mələk Onur


media-adspc

Bənzər xəbərlər