media-lvh7s6ilqdkwolxaxmf3p7v6ukkpqrftrgfh8ffn
media-bant_master

Avqustun 8-də Vaşinqtondakı razılaşmadan sonra Zəngəzur dəhlizinin açılması reallığa çevrilib. Düzdür, Ermənistanın rəsmi dairələri Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək yolu nəyin bahasına olursa, olsun Zəngəzur dəhlizi deyil, TRIPP yolu adlandırmağa çalışır. Əslində Zəngəzurdan keçəcək 43 km-lik ərazinin 99 illiyə ABŞ-a icarəyə verilməsindən sonra yolun necə adlanmasının heç bir əhəmiyyəti qalmayıb. Erməni cəmiyyətini qıcıqlandıran Zəngəzur dəhlizi ifadəsini rəsmi İrəvan qəbul etmir. Amma Mərkəzi Asiyanı Türkiyə ilə birləşdirəcək həmin yol dəhliz statusu daşıyacaq və Ermənistanın yuridistikasından kənar fəaliyyət göstərəcək. Hər halda qarşılıqlı razılaşmada belə deyilir. Ermənistanda Zəngəzur dəhlizinin işə düşməsini erməni milli kimliyinə ciddi təhlükə yaradacığını hesab edənlər seçki öncəsi daha da fəallaşıblar və Paşinyanın dəhliz siyasətini tənqid etməklə siyasi dvident qazanmağa çalışırlar.

Ermənistan mətbuatının xəbərinə görə artıq ABŞ Dövlət katibinin siyasi məsələlər üzrə müavini Ellison Huker İrəvandadır. Yüksək rütbəli məmurun səfəri adi hadisə deyil. ABŞ rəsmisi Ermənistan ərazisindən keçən tranzit marşurutla bağlı bəzi məqamlara aydınlıq gətirəcək və yolun tikintisini müzakirə edəcək. Ellison Huker baş nazir Nikol Paşinyan, Xarici işlər naziri Ararat Mirzoyan və Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüb.

Ellison Huker kimdir və onun səfərinin məqsədi nədir?

Ellison Huker Dövlət Departamentində əsas vəzifə tutan, Amerika xarici siyasətinin həyata keçirilməsinə cavabdeh olan diplomatdır. Yüksək rütbəli məmurun regiona göndərilməsi Vaşinqtonun sadəcə bəyannamələrdən Cənubi Qafqazdakı proseslərə fəal nəzarətə keçdiyini sübut edir. Bu səfər Ermənistanın Vaşinqtondakı səfiri Narek Mkrtçyanın Hukerlə TRIPP layihəsinin başlanmasını müzakirə etdiyi son danışıqların davamıdır. media-zengezur_dehlizi

Beləliklə, Ellison Hukerin səfəri danışıqların növbəti mərhələsi deyil. Bu, Vaşinqtonun regionda iqtisadi və siyasi təsirini gücləndirmək üçün bir vasitə kimi gördüyü meqalayihə üzrə qeydlərin sinxronizasiyasıdır. Ermənistanda isə bu layihəyə qarşı çıxanlar bunu bir neçə amillə izah etməyə çalışırlar. Onlar dəhlizin açılmasının Türk dünyasının birləşməsi kimi görür və bununla da Ermənistanın zaman-zaman bu layihə çərçivəsində yox olacağından qorxurlar.

Uğur TUNAR


media-adspc

Bənzər xəbərlər