media-ads-728x90
media-img_3528
media-ads-728x90

Azərbaycan cüdoçuları Qırğızıstanın İssık-Kul vilayətinin Çolpon-Ata şəhərində keçirilən Türkdilli Dövlətlərin III Universiadasında doqquz medal qazanıb.

Bu barədə ERAmedia – ya Cüdo Federasiyasının mətbuat xidmətindən məlumat verilib. Yarışa yollanan doqquz idmançının hər biri medal sahibi olub. Təmsilçilərimiz multi-idman turnirində 4 qızıl, 3 gümüş və 2 bürünc medal əldə ediblər.

Nurlan Kərimli (66 kq), Cəsur İbadlı (90 kq), Könül Əliyeva (48 kq) və Südabə Ağayeva (70 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Bahadır Feyzullayev (60 kq), Mehdi Abbasov (81 kq), Qurban Məmmədli (+100 kq) gümüş, Mehdi Cəfərov (73 kq) və Əli Qazıməmmədov (100 kq) bürünc medallara yiyələniblər. 

Qeyd edək ki, Azərbaycanın cüdo yığması yekunda 9 medalla komanda hesabında 3-cü yeri tutub.


media-ads-728x90

Bənzər xəbərlər