Zərərsizləşdirilən mina və hərbi sursatların sayı açıqlanıb
Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən oktyabrın 5-11-də icra edilən minatəmizləmə əməliyyatlarına dair məlumat açıqlayıb.
ERAmedia-ya ANAMA-dan bildirilib ki, ötən həftə Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılmış minatəmizləmə əməliyyatları zamanı piyadaəleyhinə 327, tankəleyhinə 34 mina və 624 partlamamış digər hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib, 1239,1 hektar ərazi mina və partlamamış digər hərbi sursatdan təmizlənib.










