media-17881659751685919002_1200x630

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən avqustun 24-31-də icra edilən minatəmizləmə əməliyyatlarına dair məlumat açıqlayıb.

ERAmedia-ya ANAMA-dan bildirilib ki, ötən həftə Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılmış minatəmizləmə əməliyyatları zamanı piyadaəleyhinə 161, tankəleyhinə 29 mina və 689 partlamamış digər hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib, 2048,7 hektar ərazi mina və partlamamış digər hərbi sursatdan təmizlənib.


media-adspc

Bənzər xəbərlər