Zəvvarlar həcc ziyarətinə yola salındı
“Azərbaycandan həcc ziyarətinə yola düşən zəvvarları daşıyan növbəti iki təyyarə bu gün havaya qalxıb”.
ERAmedia xəbər verir ki, bu barədə Modern.az–a Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sisteminin rəhbəri Vüsal Cahangiri məlumat verib.
O qeyd edib ki, bununla da həcc ziyarətinə yola düşən üçüncü və dördüncü zəvvar qrupları yola salınıb.
Xatırladaq ki, 2026-cı ildə bir nəfər üçün Həcc ziyarəti paketinin qiyməti 6 100 ABŞ dolları təşkil edir.










