media-w_1617832648302516732822_1200x630

Zimbabve Respublikası Milli Assambleyasının sədri Yakob Fransis Nzvidamilimo Mudenda iyulun 5-də Azərbaycana rəsmi səfərə gəlib.

ERAmedia xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında Zimbabve parlament nümayəndə heyətini Milli Məclisin Zimbabve ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Mahir Süleymanlı və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində spiker Yakob Mudendanın ölkəmizin rəsmiləri ilə bir sıra görüşləri keçiriləcək, ikitərəfli əlaqələrin gələcək inkişafı ilə bağlı fikir mübadiləsi aparılacaq.

media-w_1617832648304642112258_1200x630


media-adspc

Bənzər xəbərlər