media-17869084743783755511_1200x630

Futbol üzrə Azərbaycan Premyer Liqasında ilk turun daha bir oyunu keçirilib.

ERAmedia xəbər verir ki, “Zirə” öz meydanında çempionatın debütantı “Şəfa”nı qəbul edib. Görüş ev sahibi komandanın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

“Zirə”nin heyətində qolları Eren Aydın və İssa Cibrila vurublar.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Turan Tovuz” “Qəbələ”ni, 1:0, “Sabah” “Kəpəz”i 2:0, “Neftçi” “Sumqayıt”ı 3:1 hesabı ilə məğlub edib, “Araz-Naxçıvan” – “İmişli” matçında isə qalib müəyyənləşməyib – 0:0. Tura avqustun 17-də keçiriləcək “Qarabağ” – “Şamaxı” matçı ilə yekun vurulacaq.


media-adspc

Bənzər xəbərlər