media-msport-zohrab-gozelbeyli-ni5o8u-jpg

Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin rəhbəri Zöhrab Gözəlbəyli beynəlxalq oyuna supervayzer təyin edilib.

ERAmedia-ya AVF-dən verilən məlumata görə, o, kişi voleybolçular arasında Çelenc Kubokunun 1/16 final mərhələsində Türkiyənin “Altekma” və Niderlandın “Sliedrext Sport” komandaları arasında keçiriləcək matçda hakimlərin fəaliyyətinə nəzarət edəcək.

Yanvarın 7-də İzmirdə keçiriləcək qarşılaşmanın hakimləri maltalı Frenki Tanti və bolqarıstanlı Bojidara Mitkova olacaq.


media-adspc

Bənzər xəbərlər