Züleyxa Hacıyeva 103 yaşında vəfat edib
Tanınmış diktor, Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib.
ERAmedia xəbər verir ki, bu barədə “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Rövşən Məmmədov sosial media hesabında məlumat yayıb.
“103 illik ömür, Azərbaycan radiosuna onilliklər boyu xidmət və milyonlarla dinləyicinin yaddaşında qalan unikal bir səs…
Allah rəhmət eləsin”, – deyə o qeyd edib.









