5 aylıq körpə acından ölüb

Anası uşaqları bir neçə gün tərk etdikdən sonra körpəsi aclıqdan ölüb.
ERAmedia xəbər verir ki, bunu Krasnoyarsk diyarı Uşaq Hüquqları üzrə Komissar İrina Miroşnikova yerli mətbuata bildirib.
“Norilskdə azyaşlı uşağın ölümü ilə bağlı faciəvi vəziyyət Uşaq Hüquqları üzrə Komissar tərəfindən izlənilir. Bu ailə əvvəllər sosial təhlükəli vəziyyətdə olduğu üçün profilaktika sisteminin diqqətinə çatdırılmamışdı. Hüquq-mühafizə orqanları ananın öz uşaqlarına qarşı törətdiyi cinayətlə bağlı, eləcə də profilaktika qurumları ilə bağlı araşdırma aparır. İstintaqın nəticələrinə əsasən hüquqi qiymətləndirmə aparılacaq”- deyə, o bildirib.
Uşaq Hüquqları üzrə Komissar əlavə edib ki, hadisədən sonra psixoloqlar böyük uşaqla işləyir, kiçik uşaqlar isə xəstəxanadadır.
“Hazırda böyük qız dövlət müəssisəsindədir və psixoloqlar yetkinlik yaşına çatmayanla işləyir. Uşaqlar tibb müəssisəsinə yerləşdirilib və orada hərtərəfli tibbi yardım alırlar, hazırda onların vəziyyətləri stabil hesab olunur. Komissar uşaqların qayğısını və sonrakı tədbirləri təmin edəcək. Komissarın ailədəki narahatlıqlar barədə aldığı hər hansı bir məlumat, digər profilaktik tədbirlər araşdırılır və uşaqların hüquqlarının qorunması üçün tədbirlər görülür. Məncə, uşaqlarla bağlı hadisələrin qarşısını yalnız ümumi qayğı və məsuliyyətli yetkinlərin iştirakı ilə almaq olar”- deyə, o yekunlaşdırıb.
22 dekabrda Rusiya Federasiyasının Krasnoyarsk diyarı və Xakasiya üzrə İstintaq Komitəsinin Baş İstintaq İdarəsi Norilskdə bir qadının dörd uşağını bir neçə gün nəzarətsiz və yeməksiz qoyduğunu, nəticədə beş aylıq uşağın aclıqdan öldüyünü bildirmişdi.
İstintaqa görə, qadın 15, iki və bir yaşlı üç qızı, eləcə də beş aylıq oğlu ilə yaşayırdı. O, kişi tanışının yanına gedib, 14-17 dekabr 2025-ci il tarixlərində evə qayıtmayıb, nəticədə uşaqları yeməksiz və baxımsız qoyub.
Qadına qarşı cinayət işi açılıb və o, həbs edilib.
“Kras Mash” Telegram kanalındakı səhifəsində mərhum uşağın anasının bir neçə aydır evdə olmadığını, bu səbəbdən onun azyaşlı uşaqlarının su ilə hazırlanmış sıyıq yeməyə məcbur olduğunu bildirmişdi.
Kanalın məlumatına görə, onun 15 yaşlı qızı dindirmə zamanı müstəntiqlərə bildirib ki, anası sentyabrın sonlarında bir kişi ilə görüşüb və onula yaşayıb, uşaqlara hər üç-dörd gündən bir minimum ərzaq dəsti gətirib, qız isə anasına problem yaratmamaq üçün bu barədə susub.
Xatırladaq ki, beşaylıq uşağın acından öldüyü Putin Rusiyasında 4 ilə yaxın müddətdir ki, Ukraynaya qarşı aparılan işğalçı müharibədə ağlagəlməz pul vəsaiti xərclənməkdədir.
Ural Dəyirmançı









