85 yaşlı kişi ikinci dəfə də təəccübləndirdi

Almaniyanın Bavariya əyalətindəki İnqolştadt şəhərinin 85 yaşlı sakini telefon fırıldaqçılarının ikinci dəfə cinayət başında yaxalanmasında polisə kömək edib.
ERAmedia bildirir ki, bu barədə “Die Welt” qəzeti yazıb.
Çərşənbə axşamı fırıldaqçı özünü polis zabiti kimi təqdim edərək kişini qohumunun ciddi problemlə üzləşdiyinə və onu azad etmək üçün pul lazım olduğuna inandırmağa çalışıb.
Özünü 10.000 nağd avro və bir neçə qızıl sikkə verməyə razılaşan kimi göstərən kişi qızına məsələ ilə bağlı polisə zəng etməyi tapşırıb.
Hadisə yerinə gələn əsil polis 20 yaşlı şübhəlini hadisə yerində tutub.
Şübhəli hazırda istintaq altındadır.
Bu, təqaüdçü və qızının fırıldaqçılara qarşı ikinci oxşar əməliyyatıdır.
2024-cü ilin sentyabr ayında fırıldaqçılar həmin kişinin qohumunu həbsdən xilas etmək üçün 60.000 avrodan çox pulu girov qoymağa “inandırıblar”. Sonda isə məsələ ilə bağlı məlumatlandırılan hüquq-mühafizə orqanı əməkdaşları 40 yaşlı qadın “girov pulunu” alarkənyaxlanmışdı.
Ural Dəyirmançı









