media-30574d32-291d-4e06-af95-f6db8edb4fbe
media-bant_master

ABŞ administrasiyası Venesuela prezidenti Nikolas Maduronun həyat yoldaşı Silia Floresin üç qardaşı oğlunu, Maduro ilə əlaqəsi olan bir iş adamını və Venesuela neft sektorunda fəaliyyət göstərən altı nəqliyyat şirkətini sanksiya siyahısına əlavə edib.

ERAmedia xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb. Məlumata görə, yeni sanksiyalar Maduro hökuməti və Venesuela neft sektorunda mövcud məhdudiyyətlərdən yayınan şəxsləri hədəfə alır.

Açıqlamaya görə, Silia Floresin üç qardaşı oğlu, Maduro ilə əlaqəli iş adamı, həmçinin neft sahəsində çalışan altı nəqliyyat şirkəti sanksiya siyahısına daxil edilib. Aldadıcı və təhlükəsiz olmayan daşınma əməliyyatlarında iştirak etdiyi, həmçinin “narko-terrorçu rejimə” maliyyə dəstəyi göstərdiyi iddia olunan altı gəmi də siyahıya salınıb.

Nazirlik xatırladıb ki, Floresin iki qardaşı oğlu 2015-ci ildə yüzlərlə kiloqram kokaini ABŞ-a çatdırmaq məqsədilə razılaşmanı tamamladıqları üçün Haitidə saxlanılıb və 2016-cı ildə narkotik qaçaqmalçılığı ittihamı ilə məhkum olunublar. Onlar 2022-ci ildə ABŞ-ın keçmiş prezidenti Co Bayden tərəfindən əfv edilmişdilər.

Sanksiya tətbiq edilən üçüncü qardaşı oğlunun isə Venesualanın milli xəzinədarı və dövlət neft şirkəti PDVSA-nın vitse-prezidenti vəzifəsində çalışdığı, ilk dəfə 2017-ci ildə sanksiyaya məruz qaldığı, lakin 2022-ci ildə siyahıdan çıxarıldığı qeyd olunub.

Vural Həsənoğlu


media-adspc

Bənzər xəbərlər