Aİ Rusiya ilə müharibə astanasındadır - Viktor Orban
Qərbin sülhməramlı qüvvələrinin Ukraynaya göndərilməsi ideyası, eləcə də Rusiya aktivlərinin müsadirə edilməsi və Ukraynaya dəyən ziyanın ödənilməsi təklifləri Avropanı Rusiya ilə müharibə həddinə çatdırıb.
ERAmedia TASS-a istinadən xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban danışıb.
“Almanlar Ukraynaya sülhməramlı qüvvələr göndərməyi düşünürlər. Bəs Rusiya qoşunlarının atəşinə tutulub cavab atəşi açsalar necə olar? Buna müharibə deyilir”, – deyə baş nazir bildirib.
O hesab edir ki, bəzi Aİ liderlərinin riskli çağırışlarına son dərəcə ciddi yanaşmaq lazımdır.
“Biz müharibənin astanasındayıq”, – deyə baş nazir xəbərdarlıq edib.










