Ali məktəbdə partlayış: 2 nəfər ölüb, 4 nəfər yaralanıb
Perm Milli Tədqiqat Politexnik Universitetində (PNRPU) partlayış baş verib. İlkin məlumata görə, universitet laboratoriyasında hidrodinamik sınaq qurğusu partlayıb.
ERAmedia xəbər verir ki, bu barədə Perm diyarı Ərazi Təhlükəsizlik Nazirliyinin yaydığı məlumatda deyilir: “Bu gün universitetin akademik binalarından birində laboratoriya sınaqları zamanı fövqəladə hal baş verib”.
Hadisə zamanı ikisi nəfərin öldüyü, dörd nəfərin yaralandığı bildirilir.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində işləyirlər.
Perm diyarı üzrə İstintaq Komitəsi Cinayət Məcəlləsinin 109-cu maddəsinin 3-cü hissəsi (Ehtiyatsızlıqdan iki nəfərin ölümünə səbəb olma) ilə iş açıb.
Ural Dəyirmançı










