media-d1d83185-d79c-46c2-a2de-ba5efe5d313e

Almaniya Liviya heyətini daşıyan təyyarənin Ankarada qəzaya uğraması nəticəsində tapılan “qara qutu”nun yoxlanmasını texniki imkanlarının olmaması səbəbindən rədd edib.

ERAmedia xəbər verir ki, “qara qutu”nun yoxlanması üçün İngiltərəyə göndəriləcəyi bildirilib.

Ankarada qəzaya uğrayan təyyarədə Liviya Baş Qərargah rəisi Məhəmməd Əli əl-Haddad və onunla birlikdə olan heyət yer alıb. Əvvəlcə “qara qutu”nun Fransaya göndərilməsi planlaşdırılsa da, sonradan Almaniyaya göndərilməsi qərara alınıb. Lakin Almaniya bu analizi həyata keçirə biləcək texniki imkanlarının olmadığını açıqlayıb. Bunun nəticəsində “qara qutu”nun İngiltərəyə göndərilməsi qərara alınıb.

Xatırldaq ki, dekabrın 23-də qəzaya uğrayan təyyarədə heyət üzvləri ilə yanaşı, ekipaj da olub. Təyyarədə Liviya Baş Qərargah rəisi Məhəmməd Əli əl-Haddad, Liviya Quru Qoşunları komandanı, general Futuri Gribel, Liviya Hərbi Sənaye Qurumu rəhbəri, general Mahmud əl-Katavi, Baş Qərargah Rəisinin müşaviri Məhəmməd əl-Əsavi Diab və nazirlik fotoqrafı Məhəmməd Ömər Əhməd Mahcub olub.

Əli Fərhad


media-adspc

Bənzər xəbərlər