media-owl_detail_620_9a2c9a5f6524fed8ee4b83fb2521c608

Almaniya kansleri Fridrix Merts ölkənin ilk qadın prezidenti postuna İlze Aygnerin namizədliyini dəstəkləyib.

ERAmedia xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, Merts partiyadaxili görüş zamanı İ.Aygnerə dəstəyini ifadə edib. Onun öz dəstəyini rəsmi şəkildə elan edəcəyi gözlənilir.

Qeyd olunur ki, bundan əvvəl partiya daxilindən namizəd təklif edə bilmədiyi üçün təzyiqlərlə üzləşən kansler Aygnerin namizədliyini dəstəkləməkdən çəkinirdi. Onun namizədliyini isə Xristian-Sosial İttifaqının (XSİ) lideri Markus Söder fəal şəkildə irəli sürürdü.


media-adspc

Bənzər xəbərlər