media-17946062086287363279_1200x630

Futbol üzrə Azərbaycan milli komandası UEFA Millətlər Liqasının qrup mərhələsində sonuncu matçına çıxıb.

ERAmedia xəbər verir ki, D Liqasının 2-ci qrupunda yer alan Ayxan Abbasovun rəhbərlik etdiyi komanda səfərdə Lixtenşteyn yığması ilə qarşılaşıb.

Görüş Azərbaycan seçməsinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Yeganə qolu 26-cı dəqiqədə Mahir Emreli vurub.

Azərbaycan millisi qrupu 8 xalla birinci pillədə başa vurub.

Qeyd edək ki, 2-ci qrupda sonuncu oyun noyabrın 16-da baş tutacaq. Litva həmin görüşdə öz meydanında Lixtenşteynlə qarşılaşacaq.


media-adspc

Bənzər xəbərlər