media-qrzk9imuyz9zoawnjanpgnekc1rfkawzaytr6jqk_1200

Sumqayıt şəhərində beş avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

ERAmediaxəbər verir ki, hadisə şəhərin Çerkassi küçəsində qeydə alınıb.

Hərəkətdə olan “Changan” və BYD markalı minik avtomobilləri toqquşub. Zərbənin təsirindən BYD idarəetmədən çıxaraq yolun kənarında park edilmiş BMW, “Audi” və “Volkswagen” markalı avtomobillərə çırpılıb.

Hadisə nəticəsində xəsarət alanların olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.


media-adspc

Bənzər xəbərlər