media-140811090022_5_edwardkcwong_hong_kong_china-jpg
media-bant_master

Avropa Kosmik Agentliyinin (ESA) rəhbəri Yosef Aşbaxer Almaniyanın NASA-nın “Artemis” Ay proqramında mühüm rol oynayacağını təsdiqləyib.

ERAmedia  “Zeit” qəzetinə istinadla xəbər verir ki, o, ESA-nın Bremendə keçirilən Nazirlər Şurasının iclasında Aya göndərilməsi planlaşdırılan ilk avropalı astronavtın məhz Almaniya vətəndaşı olacağını bildirib.

“Artemis” proqramına ən böyük maliyyə töhfəsi verən üç Avropa ölkəsindən – Almaniya, Fransa və İtaliya astronavtlarından hansının kosmosa birinci uçacağı məlum deyildi. Beləliklə, Y.Aşbaxer Ay missiyasına göndəriləcək ilk avropalı astronavtın Almaniyadan olacağını ilk dəfə açıqlayıb. Astronavtın adı hələ rəsmən açıqlanmasa da, namizədlər arasında iki tanınmış alman kosmonavtı – Aleksandr Gerst və Matias Maurer göstərilir. Onların Ayın səthinə enəcəyi planlaşdırılmır. NASA-nın planına əsasən, avropalılar ilk mərhələdə Ayın orbitində yerləşdirilməsi nəzərdə tutulan “Lunar Gateway” stansiyasına uçacaqlar. Stansiyanın tikintisi ilə bağlı son qərar isə hələ qəbul olunmayıb.

NASA-nın “Artemis” proqramına görə, 2026-cı ildə üç amerikalı və bir kanadalı astronavt Ayın ətrafında dövrə vuracaq (Artemis II). 2028-ci ildə iki NASA astronavtının “Artemis III” çərçivəsində Ayın səthinə enişi nəzərdə tutulur. Alman astronavtın uçuşu ən tez 2029-2030-cu illərdə reallaşa bilər və bu missiya “Artemis IV” çərçivəsində təşkil olunacaq.


media-adspc

Bənzər xəbərlər