Avropalı 2 nazir və 1 Viktor Orban
Ukraynanın xarici işlər naziri Belçikanın Rusiyanın Euroclear depozitariyasında saxlanılan vəsaitlərinin müsadirə edilməsi ilə bağlı Macarıstanın mövqeyini şərh edib.
ERAmedia xəbər verir ki, Andrey Sibiqa sosial media səhifəsində paylaşılan şərhində Macarıstan Baş naziri Viktor Orbanı “Rusiyanın Avropadakı ən dəyərli dondurulmuş aktivi” adlandırıb.
Əvvəllər Orban Avropa İttifaqı tərəfindən dondurulan Rusiya aktivlərinin müsadirəsini Rusiyaya müharibə elan etmək olduğunu demişdi.
Daha sonra Macarıstanın xarici işlər naziri Peter Siyyarto X sosial media səhifəsində bu məsələ ilə bağlı polşalı həmkarı Radoslav Sikorski ilə qızğın mübahisəyə girmişdi. Orbanın şərhlərinə cavab olaraq “Viktor Lenin ordenini qazanıb” yazan Sikorskiyə Siyyartonun cavabı isə gecikmədi: “Polşa həqiqətən Rusiya ilə Avropa arasında müharibə istədiyir”.
Ural Dəyirmançı









