media-17945181873256356603_1200x630

Böyük Britaniya kimi nüfuzlu bir dövlətlə Strateji Tərəfdaşlıq haqqında Bəyannamənin imzalanması Azərbaycanın beynəlxalq mövqeləri və ikitərəfli əlaqələrinin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.

ERAmedia-nın məlumatına görə, Milli Məclisin deputatı Sahib Alıyev Azərbaycan Prezidenti İlham Əliyev və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnham tərəfindən imzalanmış Bəyannamənin müddəalarına münasibət bildirib.

Deputat xüsusilə sənəddə müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsini nəzərdə tutan müddəalara diqqət çəkib.

Sahib Alıyev qeyd edib ki, Bəyannamədə tərəflərin regional sülh və sabitliyin dəstəklənməsi, ümumi təhdidlərin qarşısının alınması və onlara cavab vermək imkanlarının artırılması istiqamətində uzunmüddətli öhdəliklər götürməsi xüsusi əhəmiyyət daşıyır.

Onun sözlərinə görə, sənəddə müdafiə sahəsində təlimlərin keçirilməsi, potensialın artırılması, qarşılıqlı fəaliyyət imkanlarının genişləndirilməsi və müdafiə sənayesi üzrə birgə təşəbbüslərin həyata keçirilməsi perspektivləri də əksini tapıb.

Deputat vurğulayıb ki, üç əsas istiqamət – müdafiə və təhlükəsizlik, ticarət, investisiya və artım, eləcə də təhsil və innovasiya üzrə əlaqələrin dərinləşdirilməsini nəzərdə tutan sənədin əhəmiyyəti yalnız hərbi və təhlükəsizlik məsələləri ilə məhdudlaşmır.

Sahib Alıyev süni intellekt, rəqəmsal idarəetmə və innovasiya mühiti sahələrində təcrübə mübadiləsi, eləcə də texnoloji əməkdaşlığın təşviqinin də mühüm əhəmiyyət daşıdığını bildirib.

Deputatın fikrincə, müasir dövrdə texnoloji inkişaf və təhlükəsizlik məsələləri bir-biri ilə sıx bağlıdır və çox vaxt biri digərinin tərkib hissəsi kimi çıxış edir.

Sahib Alıyev Azərbaycan-Böyük Britaniya münasibətlərində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə biləcək bu sənədin hər iki ölkə üçün faydalı nəticələr verəcəyinə ümidvar olduğunu ifadə edib.

Vüsalə


media-adspc

Bənzər xəbərlər