Azərbaycanlı rejissorun filmi Almaniyada təqdim olunub
Azərbaycanlı rejissor Kamran Səfərəlinin “20” adlı qısametrajlı filminin qapalı təqdimatı Almaniyanın Hamburq şəhərindəki “Zeise Kinos” kinoteatrında keçirilib.
ERAmedia xəbər verir ki, 25 dəqiqəlik psixoloji triller naməlum otaqda həbs olunan və azadlığa çıxmaq üçün 20 dəqiqə ərzində gizli kodu tapmalı olan kişinin hekayəsindən bəhs edir.









