Babək prospektində maşın körpüdən aşdı - VİDEO
Nizami rayonu, Babək prospekti ilə Məhəmməd Hadi küçəsinin kəsişməsində minik avtomobili körpünün kənarındakı məhəccərə çırpılaraqi hündürlükdən köməkçi yola aşıb .
Bu barədə ERAmedia-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, qəza nəticəsində Günəşli qəsəbəsi istiqamətində nəqliyyat sıxlığı yaranıb.
Hadisə yerinə polis əməkdaşları və FHN-in xilasediciləri cəlb edilib.
Hazırda polis yaranmış sıxlığın aradan qaldırılması və nəqliyyatın hərəkətinin tənzimlənməsi istiqamətində zəruri tədbirlər görür.
Verilən məlumata görə, BMW markalı, 10-HH-919 dövlət nömrə nişanlı avtomobilin sükanı arxasında Vüsal Nəsirli olub. O, yüngül xəsarət alıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən bildirilib ki, hadisə ilə bağlı “112” qaynar telefon xəttinə məlumat daxil olub.
“Məlumatla əlaqədar dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlər tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilib. Yanğın hadisəsi qeydə alınmayıb”, – deyə məlumatda bildirilir.
Videonu linkə keçid etməklə izləyə bilərsiniz:
https://bax.tv/son-xeberler/babek-prospektinde-masin-korpuden-asdi—foto—yenilenib-228716









