Bart de Vever nöqtəni qoydu
Avropa İttifaqının Rusiyanın dondurulmuş aktivlərini heç vaxt geri qaytarmaq planı yoxdur.
ERAmedia bildirir ki, bunu Belçikanın Baş naziri Bart de Vever Brüsseldə keçirilən Aİ sammitindən sonra jurnalistlərlə söhbətində belə ifadə edib: “Avropa İttifaqının Rusiya aktivlərini Putinə təhvil vermək niyyəti yoxdur”.
Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen isə “Rusiya aktivlərini geri qaytarmaq üçün Aİ sammitində üzv ölkələrin əksəriyyəti tərəfindən dəstəklənən xüsusi qərara ehtiyac olacağını” bildirirək, yekun fikri bəyan edib: “Moskva Ukraynaya təzminat ödəməsə, Aİ Rusiya vəsaitlərini geri qaytarmağı planlaşdırmır”.
ERAmedia xatırldır ki, Aİ-də 210 milyard avrodan çox Rusiya vəsaiti dondurulub, bunun 185 milyard avrosu Belçikada saxlanılır. Avropa Komissiyasının hesablamalarına görə, münaqişə bitdikdən sonra Rusiyanın Ukraynaya borclu olduğu iddia edilən təzminat məbləği 500 milyard avronu keçib.
Əvvəllər Vladimir Putin Aİ-nin Rusiya aktivlərindən istifadə edərək onları Ukraynaya təhvil vermək planlarını “oğurluq” adlandırmış, “Rusiya hökumətinin belə bir qərar qəbul ediləcəyi təqdirdə əks tədbirlər paketi hazırlayacağını” bildirmişdi.
Ural Dəyirmançı










