media-c5c23fb4-6bf8-46fb-8d25-598e3e895207
media-bant_master

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilk dəfə Cənubi Kipr Rum Administrasiyasına səfər edib.

ERAmedia xəbər verir ki, səfər çərçivəsində Cənubi Kipr lideri Nikos Xristodulidis ilə görüşən Al Nəhyanın Kıbrıs türklərinə qarşı soyqırım siyasəti yürütməkdə ittiham olunan EOKA terror təşkilatını pərdəarxasından idarə edən III Makariosun abidəsinə əklil qoyması diqqət çəkib.

BAE Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə Nikos Xristodulidis arasında keçirilən görüşlərdə investisiya, enerji, ticarət və turizm kimi sahələr üzrə fikir mübadiləsi aparılıb, həmçinin regional və beynəlxalq məsələlər müzakirə edilib.

1950-ci ildə arxiyepiskop olduqdan sonra Kiprin Yunanıstana birləşdirilməsi ideyasını daşıyan Enosis hərəkatı ilə yanaşı xatırlanan III Makariosun, adada terror fəaliyyəti göstərərək minlərlə türkün qətlə yetirilməsində məsuliyyət daşıyan EOKA-nı pərdəarxasından yönləndirdiyi qeyd olunur.

Vural Həsənoğlu


media-adspc

Bənzər xəbərlər