media-photo_5354949157640146402_y
media-bant_master

Belarus prezidenti Aleksandr Lukaşenko Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin dövlət başçılarının qeyri-rəsmi görüşündən sonra jurnalistin “Rusiya prezidenti Vladimir Putindən istədiyiniz kimi sizə 10 “Oreşnik” sistemi verildimi?” sualını cavablandırıb.

ERAmedia xəbər verir ki, Belarus lideri ölkə ərazisinə maksimum 10 ədəd “Oreşnik” ballistik raket sisteminin yerləşdiriləcəyini bildirib.

Lukaşenko dekabrın 18-də Rusiyaya məxsus “Oreşnik” orta mənzilli ballistik raket sisteminin Belarusda döyüş növbətçiliyinə başladığını açıqlamışdı.

Rusiya prezidenti Vladimir Putin isə ötən il Rusiya ordusunun ABŞ və Böyük Britaniyanın uzun mənzilli silahlarından istifadəsinə cavab olaraq Ukraynanın hərbi-sənaye kompleksinə aid obyektlərdən birinə zərbə endirdiyini, bu hücumun nüvə olmayan hipersəs avadanlıqları ilə təchiz edilmiş “Oreşnik” adlı orta mənzilli ballistik raketlə həyata keçirildiyini bildirmişdi.

Bundan sonra Belarus prezidenti Lukaşenko da ölkə ərazisinə “Oreşnik” sistemlərinin yerləşdiriləcəyini elan edib, ilkin mərhələdə 10 ədəd sistemin yerləşdirilməsinin planlaşdırıldığını qeyd edib.

Vural


media-adspc

Bənzər xəbərlər