media-whatsapp-image-2026-05-25-at-14-01-54

Son dövrlərdə insanların ən böyük problemlərindən biri emosional tükənmədir. Bir çox insan artıq fiziki yox, mənəvi olaraq yorulduğunluq hiss edir. Daim güclü görünməyə çalışmaq, problemlərin içində yaşamaq, hər kəsə çatmağa can atmaq və hisslərini gizlətmək insanı zamanla daxilən tükəndirir.

Bununla bağlı “LUMİNA” Erkən İnkişaf və Psixoloji Nitq Mərkəzinin rəhbəri, psixoloq Günel Məmmədli fikirlərini ERAmedia ilə bölüşüb.

İnsan gülümsəyir, danışır, gündəlik həyatına davam edir, amma daxilində səssiz bir yorğunluq yaşayır. Ən təhlükəlisi odur ki, bir çox insan bunu artıq normal qəbul etməyə başlayıb. Emosional tükənmə özünü səbəbsiz əsəbilik, motivasiya itkisi, yuxu problemləri, insanlardan uzaqlaşmaq istəyi və daxili narahatlıq hissi ilə göstərə bilər.

İnsan hər zaman güclü olmaq məcburiyyətində deyil. Bəzən dayanmaq, nəfəs almaq, özünü dinləmək və hisslərini paylaşmaq da bir ehtiyacdır. Psixoloji sağlamlıq da fiziki sağlamlıq qədər önəmlidir. Çünki bəzi yorğunluqlar sadəcə yuxu ilə yox, anlayış, mənəvi rahatlıq və daxili balansla keçir.

Vüsalə


media-adspc

Bənzər xəbərlər