Bir siçovul təyyarəni iflic etdi
Təyyarənin Karib adası Arubadan vaxtında yola düşməsinə mane olan insident qeydə alınıb.
ERAmedia “De Telegraaf”a istinadla bildirir ki, enişdən qısa müddət əvvəl kapitan göyərtədə gəmirici aşkar edildiyini bildirib.
Siçovulun Amsterdam hava limanında təyyarədə zühur etdiyi ehtimal olunur.
Gəmiricinin kabellərə və ya texniki sistemlərə zərər verə biləcəyi riski yüksək olduğundan “KLM”-nin Arubadan geri uçuş reysi ləğv olunub.
Aviaşirkət bunu “Sərnişinlərimiz və heyətimizin təhlükəsizliyi bizim əsas prioritetimizdir” qənaəti ilə izah edib.
254 sərnişin otellərdə yerləşdirilərək qaldığı 36 saatlıq müddətdə siçovul tapılıb, təyyarə dezinfeksiya edilib.
Ural Dəyirmançı










