media-image1170x530cropped
media-bant_master

“BMT Baş katib Antonio Quterreşin diqqəti ABŞ-la Venesuela arasında vəziyyətin hər hansı bir şəkildə gərginləşməsinin qarşısını almağa yönəlib”.

ERAmedia Xarici KİV-lərə istinadən xəbər verir ki, bu sözləri BMT-nin sözçüsünün müavini Fərhan Haq açıqlayıb.

O bildirib ki, tərəflər BMT Xartiyasına əməl etməlidirlər.

“Biz hər hansı bir gərginləşdirici addımın qarşısını almaq istəyirik. Bu mərhələdə diplomatik əlaqələri davam etdirmək, dialoq və dinc yolla irəliləmək vacibdir”,- deyə Haq əlavə edi.

O, bildirib ki, Quterreş vəziyyəti çox yaxından izləyir və müvafiq tərəflərlə əlaqə saxlayır.

Əli Fərhad


media-adspc

Bənzər xəbərlər