media-0jlywvp7wr74q5jzr3itjruker4l1sceaj0xrdjz_1200

Bolqarıstanda 50-dən çox avtomobilin iştirak etdiyi zəncirvari yol-nəqliyyat hadisəsində ölənlərin sayı 12 nəfərə çatıb.

ERAmedia vesti.bg-yə istinadən xəbər verir ki, qəza ilə əlaqədar noyabrın 11-i Bolqarıstanda matəm günü elan ediləcək.

Qəza səhər saatlarında qatı duman şəraitində, Yambol şəhəri yaxınlığındakı “Frakiya” avtomagistralında baş verib. Magistralın 289-cu və 294-cü kilometrləri arasındakı hissədə onlarla yük və minik avtomobili, eləcə də bir avtobus toqquşub. Qəza nəticəsində xəsarət alan təxminən 50 nəfər yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.


media-adspc

Bənzər xəbərlər