Bu televiziya kanalının ləğvi gözlənilir
Mənəvi və Mədəni İctimai Televiziya Şirkəti “Audiovizual Media haqqında” Qanununa bu yaxınlarda edilən dəyişikliklərdən sonra ləğv ediləcəyi barədə qərarı hökumətin təsdiqləyəcəyi gözlənilir.
ERAmedia yerli mətbuata istinad edərək xəbər verir ki, adıçəkilən televiziya 2011-ci ildə yaradılıb və həmin ildən bəri “Şoqakat” audiovizual proqramını yayımlayır.
Ləğv prosesi hakim Mülki Müqavilə Partiyasından olan parlament üzvləri Sisak Qabrielyan və Taquhi Qazaryanın müəllifliyi ilə bu ölkənin “Audiovizual Media haqqında” Qanunda edilən dəyişikliklərə əsaslanır.
Yerli müxalifətin maliyyələşdirdiyi informasiya resursları “Şoqakat”ın yayımını dayandırılmasını “Erməni Apostol Kilsəsinə qarşı kampaniya fonunda baş verdiyini” iddia edir.
Ural Dəyirmançı









