media-photo_5339298361238031322_w
media-bant_master

Suriyanın şimalında yaradılması istənilən terror dəhlizinin sona çatdırılması istiqamətində proses kritik mərhələyə daxil olub.

ERAmedia xəbər verir ki, “Türkiye Gazetesi”nin məlumatına görə, PKK terror təşkilatının Suriya qolu olan YPG/SDG-yə verilən müddətin 31 dekabrda başa çatması fonunda həm sahədə, həm də diplomatik kanallarda fəallıq artıb. ABŞ tərəfdə isə CENTCOM-un PYD/YPG-SDG məsələsindəki israrının böyük ölçüdə zəiflədiyi, Vaşinqtonun mümkün əməliyyata görə Dəməşq və Ankaraya etiraz etməyəcəyi dəyərləndirilir.

Təhlükəsizlik mənbələrindən əldə olunan məlumata görə, dekabr və yanvar ayları Suriyanın gələcəyi baxımından həlledici proseslərə səhnə olacaq. Vaşinqton Dəməşq, Ankara və Doha arasında formalaşan yeni Suriya vizyonunun Suriyanın unitar quruluşunun qorunmasını əsas götürdüyü, bu çərçivənin isə İsraili ciddi şəkildə narahat etdiyi bildirilir. Sözügedən plan çərçivəsində PKK terror təşkilatının sahədəki mövcudluğunu legitimləşdirmək üçün istifadə etdiyi İŞİD terror təşkilatı ilə mübarizə missiyasının koalisiya qüvvələri və Suriya ordusu tərəfindən icra olunması, YPG/SDG strukturunun isə Dəməşqə inteqrasiya edilərək siyasi, hərbi, maliyyə və coğrafi tələblərindən imtina etməsi nəzərdə tutulur.

Dəməşqdə daha əvvəl əldə olunan razılaşmaya baxmayaraq öhdəliklərini yerinə yetirməyən PKK-YPG/SDG strukturuna qarşı hərbi əməliyyat variantına ilkin mərhələdə məsafəli yanaşan ABŞ administrasiyasının bəzi narahatlıqlara rəğmən artıq əməliyyata mane olmayacağı qeyd olunur. Amerika rəhbərliyinin əsas şərtinin əşirət qüvvələri və mülki ünsürlərin əməliyyatlarda fəal rol almaması olduğu, bütün təşəbbüsün Dəməşq rəhbərliyi və Suriya ordusunda olmasının istənildiyi vurğulanır. Mümkün əməliyyat halında CENTCOM-un təmas xətləri və strateji əhəmiyyətli bölgələrdəki hərbi mövcudluğunu dayandıracağı bildirilir.

Bölgədə təsirli əşirətlərdən olan Sahani əşirətinin lideri Abdunnasır əs-Seqni region əhalisinin uzun illərdir təzyiq altında yaşadığını bildirərək deyib. “Yüz minlərlə mülki şəxs öz ordusunu gözləyir. Xalqımız 60 il Baas rejimi, son 10 ildə isə PKK-SDG zülmü altında yaşadı. Dekabr və yanvar ayları Suriya və region üçün dönüş nöqtəsi olacaq. Əməliyyat başlayanda həqiqətlər üzə çıxacaq”, – deyə o bildirib.

Qəbilələrin hərbi potensialına da toxunan əs-Seqni Türkiyə və Dəməşqdən veriləcək qərar doğrultusunda ən azı 400 min döyüşçü ilə terror təşkilatına qarşı mübarizə apara biləcəklərini iddia edib. Rakka, Həsəkə və Deyr əz-Zorda milyonlarla mülki şəxsin yaşadığını bildirən əs-Seqni region əhalisinin böyük əksəriyyətinin mərkəzi hakimiyyətə bağlı olduğunu və mövcud strukturun davamlı olmadığını qeyd edib. Daha əvvəl YPG/SDG-nin nəzarətində olan bölgələrdə açıqlama verən bəzi əşirət liderlərinin də Dəməşqə bağlılıqlarını bildirdiklərini deyən əs-Seqni bölgədə terror təşkilatına açıq dəstək verən bir ictimai bazanın olmadığını irəli sürüb.

Vural Həsənoğlu


media-adspc

Bənzər xəbərlər