Çində yaşayış kompleksində güclü yanğın - Ölənlər var
Çinin şimalındakı Şansi əyalətində yerləşən yaşayış komplekslərindən birində güclü yanğın baş verib.
ERAmedia xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Hadisə Tayyuan şəhərinin İnçze rayonundakı yaşayış binasında qeydə alınıb.
Nəticədə 14 nəfər həyatını itirib, 33 nəfər isə xəsarət alıb.
Ərazidə fəsadların aradan qaldırılması və xilasetmə işləri davam etdirilir. Yanğının başvermə səbəbi hələlik məlum deyil, faktla bağlı araşdırma aparılır.









