Daxili İşlər naziri niyə intihar etdi? - MARAQLI
Hər il noyabrın 10-u SSRİ-də Milis Günü kimi qeyd olunurdu.
Kommunist Partiyasının birinci katibi L.İ.Brejnevin köhnə dostu Nikolay Şelokov Daxili İşlər naziri təyin etmişdi. Bu gün hər il xüsusi təntənə ilə qeyd olunurdu. 1982-ci ildə də növbəti təntənələrə, bayram konsertinə hazırlıq görülürdü. Ancaq həmin gün Sovet dövlətinə 18 il rəhbərlik etmiş Leonid Brejnev vəfat etdi.
Brejnevin məhz Milis Günündə vəfat etməsi sanki simvolik mənası vardı. Onun ölümü ilə Şelokovun günəşi batdı. Kommunist Partiyasının yeni rəhbəri Şelokovun qatı düşməni, uzun illər sovet KQB-nə rəhbərlik etmiş Yuri Andropov seçildi.
Artıq dekabrın 17-də Şelokov nazir vəzifəsindən azad edilmişdi. Fevralda arvadı Svetlana sıravi vətəndaş həyatı ilə barışmayıb intihar etdi. Daha sonra keçmiş nazir kommunist partiyasından qovudu, ordu generalı rütbəsindən və dövlət təltiflərindən (İkinci dünya müharibəsində qazandıqları xaric) məhrum edildi. Proseslər Şelokovun 1984-cü ilin dekabrında intihar etməsi ilə yekunlaşdı.










