media-010101

media-abbb18a2-163b-4416-8fff-c650d6cb4174

“Bəzən valideynlər düşünür ki, bir az gözləyək, keçər və ya hər uşaq fərqlidir. Bu fikirlər müəyyən qədər doğrudur. Amma inkişafda elə mərhələlər var ki, onları vaxtında görmək uşağın gələcək inkişafına birbaşa təsir edir. Erkən müdaxilə yalnız bir terapiya prosesi deyil. Bu, uşağın öz potensialını vaxtında kəşf etməsinə verilən dəstəkdir. Dil inkişafı, sosial bacarıqlar, diqqət və davranış formalaşması məhz erkən yaşlarda daha sürətli və effektiv şəkildə inkişaf edir”.

Bununla bağlı fikirlərini ERAmedia-ya bölüşən “LUMİNA” Erkən İnkişaf və Psixoloji Nitq Mərkəzinin rəhbəri, psixoloq Günel Məmmədli deyib.

Onun sözlərinə görə: “Vaxtında göstərilməyən dəstək isə sonradan daha çox əmək və zaman tələb edə bilər. Uşaq müəyyən davranış modellərinə alışır və bu modelləri dəyişmək daha çətin olur. Buna görə də erkən müşahidə və düzgün yönləndirmə çox önəmlidir. Valideynin hiss etdiyi narahatlıq əslində dəyərlidir. Çünki bu hiss çox vaxt uşağın ehtiyaclarını anlamaq üçün ilk siqnal olur. Uşağını ən yaxşı tanıyan insan valideyndir. Bizim yanaşmamızda əsas məqsəd yalnız çətinlikləri deyil, uşağın güclü tərəflərini də üzə çıxarmaqdır. Hər uşağın öz ritmi və potensialı var və doğru dəstək ilə bu potensial inkişaf edir. Unutmayaq ki, erkən addım gələcək üçün böyük fərq yaradır”.

media-e5fca94d-338c-4272-b329-37366247e6fc

“LUMİNA” Erkən İnkişaf və Psixoloji Nitq Mərkəzinin fəaliyyətinədən danışan psixoloq, xüsusi qayğıya ehtiyacı olan uşaqların inkişafı sahəsində aktiv xidmət göstərdikləri söyləyib. Mərkəz uşaqların gündəlik həyat bacarıqlarının inkişafı, sosial adaptasiyası və psixoloji dəstəyi istiqamətində fərdi və kompleks yanaşmalar tətbiq edir. Əsas məqsəd isə hər bir uşağın potensialını üzə çıxarmaq, onların cəmiyyətə daha güvənli və müstəqil şəkildə inteqrasiyasına dəstək olmaqdır.

Mələk Onur

 

 


media-adspc

Bənzər xəbərlər