Dünyada Türkiyənin də adı keçən möhtəşəm TUNELLƏR
Britaniyanın avtomobil saytı “Autocar” dağların, dəniz dibinin və meqapolislərin altında tikilmiş unikal mühəndislik strukturlarını da əhatə edən dünyanın ən uzun 10 yol tunelinin siyahısını tərtib edib.
Bu tunellər yalnız uzunluğuna görə cəlbedici deyil, həm də ölkənin nəqliyyat infrastrukturunda əsas rol oynayır.
ERAmedia təqdimolunan siyahıya əsasən xəbər verir ki, burada liderlik mütləq rekordçu Norveçdəki təxminən 24,5 kilometr uzunluğunda olan Lærdal Tunelinə məxsusdur. O, 2000-ci ildə açıləb, lakin hələ də dünyanın ən uzun yol tuneli kimi qalmaqdadır. Dağ silsiləsinin altından keçən bu tunel Lærdal və Aurlandı birləşdirir və sürücü yorğunluğunu azaltmaq üçün hazırlanmış qeyri-adi işıqlandırma sistemi ilə tanınır.
İkinci yeri Avstraliyadakı təxminən 22 kilometr uzunluğunda yeraltı magistral yolu ilə Sidneydə genişmiqyaslı nəqliyyat layihəsinin bir hissəsi sayılan WestConnex tutur. Sonrakı yeri Yaponiyadakı 18 kilometrdən çox uzunluğundakı Yamate Tuneli- dünyanın ən uzun şəhər yeraltı tunellərindən biri, sıx məskunlaşmış Tokio ərazisinin altından keçən kommunkasiya vasitəsi tutur.
Siyahıya həmçinin Çindəki 18 kilometrdən bir qədər çox uzunluğunda olan və dağ silsiləsinin altından keçən Çjunnanşan Tuneli və təxminən 17,5 kilometr uzunluğundakı olduqca çətin geoloji şəraitdə tikilmiş Cinpinşan Tuneli daxildir.
İsveçrədəki təxminən 16,8 kilometr uzunluğunda və bir vaxtlar dünyanın ən uzun tuneli olan Qottard Tuneli Alp dağlarından keçən həyati əhəmiyyətli nəqliyyat dəhlizi olaraq qalır. Onu bir neçə digər böyük Çin tuneli, eləcə də təhlükəli dağ aşırımının yerini almaq üçün tikilmiş Türkiyədəki Ziqan Tuneli tamamlayır.
Beləlikllə, ilk onluğu Norveçdəki dünyanın ən uzun sualtı yol tuneli olan və təxminən 14,5 kilometr uzanan və bölgələr arasında səyahət müddətini əhəmiyyətli dərəcədə azaldan Ryfylketunnel tamamlayır.
Bu reytinq müasir mühəndisliyin nə qədər irəlilədiyini, bir vaxtlar aşılmaz olan təbii maneələri rahat nəqliyyat marşrutlarına çevirdiyini açıq şəkildə göstərir.
Ural Dəyirmançı










