Ərdoğan Azərbaycana gəlir
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Azərbaycana səfər edəcək.
ERAmedia xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının kommunikasiya direktoru Burhanəddin Duran məlumat verib.
Duran prezident Rəcəb Tayyib Ərdoğanın sabah Azərbaycan prezidenti İlham Əliyevin dəvəti ilə Qarabağa səfər edəcəyini açıqlayıb.
Azərbaycanın Qələbə Günü münasibətilə baş tutacaq səfər zamanı Prezident Ərdoğan və Prezident İlham Əliyev ikitərəfli görüş keçirəcək, Türkiyə-Azərbaycan əməkdaşlığının müxtəlif aspektlərini bu çərçivədə qiymətləndirəcək, həmçinin regional və qlobal məsələləri müzakirə edəcəklər.










