media-metro

8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü ilə əlaqədar noyabrın 7-dən 10-dək Bakı metropolitenində gücləndirilmiş iş rejimi tətbiq olunacaq.

ERAmedia-ya “Bakı Metropoliteni” QSC-dən bildirilib ki, qeyd olunan tarixlərdə qatarların hərəkəti istirahət günlərinin qrafikinə uyğun təşkil ediləcək.

Sərnişin sıxlığının tənzimlənməsi və təhlükəsizliyin təmin olunması məqsədilə “İçərişəhər”, “Sahil” və “28 May” stansiyalarında əlavə işçi qüvvəsi ayrılacaq, nəzarət tədbirləri gücləndiriləcək.

“İçərişəhər–Həzi Aslanov” və əks istiqamətdə pik saatlarda qatarlararası interval 2 dəqiqə 30 saniyə ilə 3 dəqiqə arasında olacaq. Zərurət yaranacağı təqdirdə ehtiyat qatarlar da xəttə buraxılacaq.

Qeyd edilib ki, Bənövşəyi xətdə qatarların hərəkəti bazar günü qrafikinə uyğun təşkil olunacaq, Yaşıl xətdə isə mövcud hərəkət qrafiki saxlanılacaq.


media-adspc

Bənzər xəbərlər