media-17939717073015330246_1200x630

Gimnastikanın tamblinq növü üzrə Azərbaycan milli komandası növbəti dəfə dünya çempionu tituluna sahib çıxıb.

ERAmedia xəbər verir ki, yığma noyabrın 4-8-də Çinin Nankin şəhərində keçirilən turnirdə qızıl medal qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.

Mixail Malkin, Tofiq Əliyev, Adil Hacızadə və Aleksey Karataşovdan ibarət komanda final mərhələsində inamlı çıxış nümayiş etdirərək ötən dünya çempionatında qazandığı titulu qoruyub.

Beləliklə, Azərbaycan millisi bu uğura imza atmaqla üçqat dünya çempionu adına layiq görülüb.


media-adspc

Bənzər xəbərlər