media-a4455680-e012-4b50-baa2-ea3e5eb0a53b

Milli Məclisin deputatı Sahib Alıyev Azərbaycan radiosunun 100, televiziyasının isə 70 illiyinin tamam olması münasibətilə təbrik paylaşımı edib.

ERAmedia xəbər verir ki, deputat eyni zamanda jurnalistikaya gəlişinin və televiziyada fəaliyyətə başlamasının 35 ilinin tamam olduğunu bildirib.

Sahib Alıyev qeyd edib ki, universiteti bitirdikdən dərhal sonra televiziyada işə qəbul olunması və birbaşa Moskvada xüsusi müxbir vəzifəsinə təyin edilməsi həmin dövr üçün asan məsələ olmayıb.

Deputat bu uğurunda ona heç bir təmənna güdmədən dəstək verən insanların rolunu xüsusi vurğulayıb və onları minnətdarlıqla xatırladığını bildirib.

O, uzun müddətdir televiziyada çalışmadığını, lakin televiziya sahəsinin insanın həyatında xüsusi yer tutduğunu qeyd edib:

“Çoxdandır televiziyada çalışmıram. Fəqət televiziya elə bir yerdir ki, sən oradan getsən də, televizionçuluq səndən getmir. Ona görə də bütün televiziya əməkdaşlarını özümə həmkar sanır və hamısını ürəkdən təbrik edirəm!”

Sahib Alıyev yubileylə əlaqədar Prezident tərəfindən təltif olunan televiziya əməkdaşlarını da təbrik edib. Onların əksəriyyətini şəxsən tanıdığını bildirən deputat təltif olunanların öz işlərinin öhdəsindən ləyaqətlə gəldiklərini vurğulayıb və onlara uğurlar arzulayıb.

Vüsalə


media-adspc

Bənzər xəbərlər