media-zns-118353-j4uzsg-1024x683

Rusiya Prezidenti Vladimir Putin Yaponiyanın “Japan Tobacco International” (JTI) tütün şirkətinin Rusiyadakı aktivlərini bu ölkənin “Sənaye aktivləri” səhmdar cəmiyyətinin müvəqqəti idarəçiliyinə verib.

ERAmedia TASS-a istinadən xəbər verir ki, Putin bununla bağlı müvafiq fərman imzalayıb.

Qeyd edək ki, JTI Rusiya bazarında “Winston”, “Camel”, “LD” və “Sobranie” kimi brendlərlə təmsil olunur.

Şirkətin Rusiyadakı dörd fabrikində 4 minə yaxın işçi çalışır.

Yaponiya Xarici İşlər Nazirliyi isə JTI-nin Rusiyadakı aktivlərinin müvəqqəti idarəçiliyə verilməsi ilə əlaqədar Rusiyanın Yaponiyadakı səfiri Nikolay Nozdrevə etirazını bildirib.

Yaponiyanın maliyyə naziri Satsuki Katayama Tokionun Moskvanı bu qərarı ləğv etməyə çağırdığını vurğulayıb.


media-adspc

Bənzər xəbərlər