media-10702344-0-0-1000-682-1440x900-80-0-1-e712d20f5094be759eec5549000adc60
media-bant_master

Ermənistan Milli Məclisi məcburi hərbi xidmət müddətinin 6 ay azaldılmasına dair qanun layihəsini ikinci oxunuşda qəbul edib.

ERAmedia xəbər verir ki, bu barədə “Armenpress” məlumat yayıb.

Məlumata görə, qanun layihəsi 65 lehinə, 4 əleyhinə və 20 bitərəf səslə qəbul edilib.

Beləliklə, 2026-cı il yanvarın 1-dən etibarən Ermənistanda məcburi hərbi xidmətin müddəti 2 il (24 ay) əvəzinə 1.5 il (18 ay) olacaq.

Xidmət müddətinin azaldılması 2026-cı il yanvarın 1-dən etibarən qüvvəyə minəcək.

 


media-adspc

Bənzər xəbərlər