Əsrin ən qanlı müharibəsinin bitməsinə ÜMİD
ABŞ rəsmiləri ABŞ və Ukrayna prezidentləri Donald Tramp və Vladimir Zelenski arasında bazar günü Floridada keçiriləcək görüşün ABŞ-Ukrayna danışıqlarının bir həftəlik intensiv səylərindən sonra məhsuldar olacağına ümid etdiklərini bildiriblər.
ERAmedia bildirir ki, CNN-in yaydığı məlumat nikbinlik üçün əsas verir.
Rəsmilər görüşün konkret məqsədini açıqlamasalar da, Zelenski cümə günü verdiyi açıqlamada müharibəyə son qoymaq üçün çərçivə sazişi bağlamaq istəyir.
ABŞ və Avropa rəsmilərinin sözlərinə görə, bazar günü keçiriləcək görüşdə heç bir Avropa liderinin iştirakı gözlənilmir. Avropa rəsmiləri ukraynalıların aylardır Zelenski ilə Tramp arasında görüş axtardıqlarını söyləyirlər.
Avropalılar ABŞ və Ukrayna arasındakı mövcud dinamikanı məhsuldar adlandıraraq müsbət görüş gözləsələr də onlar Trampla istənilən görüşün nəticəsinin gözlənilməz olduğunu etiraf edirlər.
NATO rəsmilərindən biri deyib: “Trampla bağlı aşağı riskli ssenarilər yoxdur”.
Ural Dəyirmançı










