Fermer: Birgə tədbirlər zərərvericilərin yayılmasının qarşısını alacaq
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısının alınması məqsədilə maarifləndirmə tədbirlərini davam etdirir. Bu çərçivədə növbəti maarifləndirici videoçarx hazırlanıb.
AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən ERAmedia – ya verilən məlumata görə, videomüraciətdə fermerlərin zərərverici ilə mübarizədə iştirakı, qışlama dövründə onun aşkar edilərək məhv edilməsinin əhəmiyyəti vurğulanır. Bildirilir ki, 300-dən çox bitki növü ilə qidalanan qəhvəyi mərmər bağacığı kənd təsərrüfatına ciddi ziyan vura bilər.
AQTA əhalini və fermerləri zərərvericiyə qarşı mübarizədə fəal olmağa, qışlama yerlərində aşkar edilən bağacıqları zərərsizləşdirməyə çağırır. Qışlama dövründə aparılan mübarizə tədbirləri zərərvericinin sayının azalmasına və növbəti mövsümdə yayılmasının qarşısının alınmasına mühüm töhfə verir.
Daha ətraflı: https://youtu.be/t-RG6qCftX0









