Finlandiyada dəhşətli FIRTINA
Finlandiyada “Hannes” adı verilən güclü qış fırtınası nəticəsində 160 mindən çox ev təsərrüfatı elektrik enerjisiz qalıb.
ERAmedia xarici KİV-ə istinadən xəbər verir ki, küləyin sürəti qərb sahillərində saniyədə 25 metrə çatır.
Xilasetmə xidmətlərinin məlumatına görə, təxminən 150 nəfərin olduğu sərnişin təyyarəsi, eləcə də ondan kiçik və 10-dan az sərnişin daşıyan başqa təyyarə güclü külək səbəbindən uçuş-enmə zolağından çıxaraq qar yığınına çırpılıb.
Hadisədən sonra Kittila, Rovaniemi və İvalo hava limanlarından bütün uçuşlar müvəqqəti dayandırılıb.
Finlandiya Enerji Sənayesi Assosiasiyasının məlumatına görə, fırtına ölkənin qərbində geniş əraziyə ciddi ziyan vurub və minlərlə ev təsərrüfatı hələ də elektriksizdir.










