Fransada uşaqlara sosial şəbəkə qadağan edilir
Fransa 1 sentyabrda başlayacaq yeni tədris ilindən etibarən 15 yaşdan aşağı uşaqlar üçün sosial şəbəkələrdən istifadəni qadağan etməyi planlaşdırır.
ERAmedia Fransa mediasına istinadən xəbər verir ki, parlamentin 2026-cı ilin əvvəlində qanun layihəsini müzakirəyə çıxaracağı bildirilir.
Qanun layihəsi ilə bağlı parlament müzakirələri 2026-cı ilin əvvəlinə planlaşdırılıb. İki maddədən ibarət qanun layihəsi 1 sentyabr 2026-cı il tarixindən etibarən 15 yaşdan kiçik yetkinlik yaşına çatmayanlara sosial şəbəkə xidmətlərinin göstərilməsini qadağan etməyi hədəfləyir.
Daha əvvəl Fransa prezidenti Emmanuel Makron 2027-ci ildə səlahiyyət müddətinin sonuna qədər 15-16 yaşlı uşaqlar və yeniyetmələr üçün sosial şəbəkələrə çıxışı qadağan etmək planlarını açıqlamışdı.










