“Gəncə” Türkiyə klubu ilə qarşılaşacaq - Avropa Kuboku
Bu gün “Gəncə” basketbol komandası FIBA Avropa Kubokunun müntəzəm mövsümündə növbəti matçını keçirəcək.
ERAmedia xəbər verir ki, C qrupunda çıxış edən təmsilçimiz VI tur çərçivəsində Türkiyənin “Esenler Erokspor” klubunu qəbul edəcək.
Gəncə İdman Sarayında keçiriləcək görüş saat 19:00-da başlayacaq.
Qeyd edək ki, “Gəncə” əvvəlki turlarda Rumıniyanın “Universitatiya” komandasına 96:105, Yunanıstanın “Kolossos” klubuna 62:80, Türkiyə təmsilçisi “Esenler Erokspor”a isə 63:92 hesabı ilə məğlub olub. Təmsilçimiz evdə Portuqaliyanın “Sportinq” kollektivini 69:67 hesabı ilə üstələyib. “Rilski Sportist”lə (Bolqarıstan) görüşdə isə “Gəncə”yə 0:20 hesabı ilə texniki məğlubiyyət verilib.










